4
home,page-template,page-template-full_width,page-template-full_width-php,page,page-id-4,page-parent,bridge-core-2.4.6,,qode-title-hidden,qode-child-theme-ver-1.0.0,qode-theme-ver-23.1,qode-theme-bridge,qode_header_in_grid,wpb-js-composer js-comp-ver-6.3.0,vc_responsive,elementor-default,elementor-kit-837

Aşağıda məlumat izləyin

Bizim üstünlüklər haqqında tam məlumat

ÖDƏNIŞLƏRİN QƏBULU ÜZRƏ UNİVERSAL HƏLDİR

PAYNET

PAYNET nədir?

PAYNET ÖDƏNIŞLƏRİN QƏBULU ÜZRƏ UNİVERSAL HƏLDİR. ÖDƏNİŞLƏR ÖDƏNİŞ TERMİNALLARI, İNTERNET BANKİNQ, ONLAYN ÖDƏNİŞ PORTALLARI VASİTƏSİLƏ QƏBUL EDİLİR.

PAYNET – elektron ödənişlərinin inteqrasiyası sahəsində Azərbaycanın lideridir.
Biz ödənişlərin qəbulunu təşkil edirik – sadə qoşulma, vahid müqavilə və bütün ödəniş üsullarının inteqrasiyası.

PAYNET ödəniş sistemərini vahid təchizatçılar şlüzu ilə təmin edir. PAYNET-ə qoşulmaqla Siz ödənişlərin qəbul etmə şəbəkəsini genişləndirir və istənilən ölkədə yerləşən provayderlərin xeyrinə ödənişləri etmək imkanını qazanırsınız.

PAYNET sistemi real vaxt rejimində fəaliyyət göstərir. İstənilən ödənişin həyata keçirilməsi üçün maksimum 30 saniyə tələb olunur. Texnologiyamız ödənişlərin tam təhlükəsizliyini təmin edir və səhv ödənişlərin mümkünlüyünü minimuma endirir.

PAYNET-in fasiləsiz fəaliyyətini təcili texniki yardım göstərməyə və konsultasiyalar verməyə hər zaman hazır olan Texniki dəstək xidmətimizin peşəkar mütəxəssisləri təmin edirlər.

Nəyi ödəmək olar?

PAYNET MALLARIN VƏ XİDMƏTLƏRİN DƏYƏRİNİN HƏM ONLAYN ÖDƏNİŞ PORTALLARI, HƏM DƏ ÖDƏNİŞ TERMİNALLARI VASİTƏSİLƏ ÖDƏNİLMƏSİNƏ İMKAN VERİR.

E-money.  PAYNET elektron pullardan istifadə edilməsinə imkan yaradan ən populyar və rahat servisləri təqdim edir – Webmoney, QIWI, Yandex-Dengi. Bu sistemlərdə olan hesablarınıza vəsaitləri həm nağd şəkildə, həm də bank kartınızın hesabından köçürmə yolu ilə daxil edə bilərsiniz.

Elektron ticarət. Biz internet ticarət platformalarını universal ödəniş həlli ilə təmin edirik. Bizimlə BİR müqavilə bağlamaqla Siz 10000-dən artıq ödəniş nöqtəsindən ödənişləri qəbul etmək imkanını əldə edəcəksiniz.

Sosial şəbəkələr. PAYNET – Facebook, Odnoklassniki, Vkontakte, MOYMİR və bir çox digər sosial şəbəkələrdə olan hesablarınızın balanslarının oyun valyutası ilə artırılmasının çevik və asan üsuludur. 

Mobil rabitə operatorları. Avropa, Asiya, o cümlədən Azərbaycan, Gürcüstan və Rusiyanın ən iri mobil rabitə operatorlarının xidmət haqlarının ödənişi: МTS, Beeline, MegaFon, Geocell, United Mobile Payment və s.

Oyunlar. PAYNET vasitəsilə Siz ən populyar onlayn oyunlarında iştirak haqqınızı ödəyə bilərsiniz: “Tanki online”, “Taxtların müharibələri”, STEAM, MAIL.RU mini-oyunları. Ən maraqlı oyunlarda iştirak haqların ödənişi ödəniş terminallarında və onlayn ödəniş portallarında!

Antiviruslar. Məlumatların qorunması ən aktual problemlərdən biridir. PAYNET ödəniş terminalları və onlayn ödəniş portallarında aparıcı istehsalçıların antivirus proqramlarını təqdim edir: Bitdefender, Kaspersky, ESET NOD32, Dr.Web.

Harada ödəmək olar?

PAYNET TƏQDİM ETDİYİ SERVİSLƏRİN HAQLARINI 10000-DƏN ARTIQ ÖDƏNİŞ TERMİNALLARI, ƏN İRİ ONLAYN ÖDƏNİŞ PORTALLARI, ELEKTRON PUL KİSƏLƏRİ VƏ MOBİL ƏLAVƏLƏR VASİTƏSİLƏ ÖDƏMƏK OLAR.

Ödəniş termnalları şəbəkələri

MilliÖN – ən iri ödəniş terminalları şəbəkəsi.

E-MANAT – ən çox ziyarət edilən ictimai yerlərdə ödəniş terminalları. 

ExpressPay – ən iri supermarketlərdə ödəniş terminalları.

Onlayn ödəniş portalları

ExpressPay – rahat naviqasiya, xidmətlərin geniş çeşidi.

E-PUL – PAYNET servislərini ödə və bonuslar qazan.

Portmanat – burada PAYNET-in bütün layihələri təqdim olunur.

Hesab.az – burada PAYNET-in bütün layihələri təqdim olunur.

Ödəniş əlavələri

Kassam.az – tez, rahat və asan ödəyin.

Cib.az – tez, rahat və asan ödəyin.

Kassam.az – tez, rahat və asan ödəyin.

Necə ödəmək olar?

SERVİSLƏRİMİZİN ÖDƏNİLMƏSİ ÜÇÜN TƏKLİF ETDİYİMİZ İNTERFEYSLƏR ÇOX RAHATDIR. ÖDƏNİŞ TERMİNALLARINDA VƏ ONLAYN ÖDƏNİŞ PORTALLARINDA BÜTÜN ÖDƏNİŞLƏR EYNİ ŞƏKİLDƏ KEÇİRİLİR. 

PAYNET servisləri həm nağd (ödəniş terminallarında), həm də bank kartları vasitəsilə (onlayn ödəniş portallarında və mobil əlavələrdə) ödənilə bilər. Ödəniş prosesi 2-3 addımdan ibarətdir və bütün platformalarda eynidir.

Xidmətlərin, oyunlarda və sosial şəbəkələrdə iştirak haqlarının ödənilməsi üçün ödəniş terminalında və ya onlayn ödəniş portalında “log-in” daxil etməlisiniz. “Log-in” qismində elektron poçt ünvanınız, mobil telefonuzun nömrəsi və ya istənilən simvolların kombinasiyası istifadə oluna bilər. Elektron pul kisəsindən istifadə etmək üçün onun unikal nömrəsi daxil edilməlidir. “Log-in” daxil və təsdiq edildikdən sonra ödənişin məbləği daxil edilir. Proses başa çatdıqdan sonra ödənişi təsdiq edən qəbzi mütləq alın!

 

Ödəniş zamanı yarana biləcək problemlərin həlli üçün PAYNET-in Texniki dəstək xidmətinə müraciət edin: (99412) 310 0 888 / (99477) 407 0 727 / support@pay2net.co. Problemin təcili aradan qaldırılması üçün operatora ödənişinizin “PAYNET ID” kodunu (qəbzin üzərində əks olunur) bildirin.

term

Ödəniş terminalları şəbəkələri

Azərbaycan üzrə 365 gün, gündə 24 saat xidmətinizdə olan 10000-dən artıq ödəniş terminalları! Ödənişə cəmi 30 saniyəyədək vaxt tələb olunur.

site

Onlayn ödəniş portalları

PAYNET Azərbaycanın ən iri onlayn ödəniş portalları ilə əməkdaşlıq edir. Tərəfdaşlarımız ödənişlərin tam təhlükəsizliyinə zəmanət verirlər. Onlayn ödəniş portalları vasitəsilə ödənişləri etdikdə Siz bonuslar da qazanırsınız.

phon

Mobil əlavələr

Mobil ödəniş əlavəsi istifadədə asan, rahat və əlçatandır. Onun vasitəsilə Siz PAYNET-dəki servisləri istədiyiniz zaman, məkandan asılı olmayaraq ödəyə bilərsiniz. Mobil əlavələr tez-tez edilən ödənişlərin  rahat şablonlarının yaradılmasına da imkan verir.

Bizimlə əlaqə

PAYNET-İN XİDMƏT SƏVİYYƏSİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ İLƏ ƏLAQƏDAR TƏKLİFİNİZ VARSA, AŞAĞIDAKI FORMANIN DOLDURMAĞINIZI XAHİŞ EDİRİK. MÜTƏXƏSSİSLƏRİMİZ SİZİNLƏ MÜTLƏQ ƏLAQƏ SAXLAYACAQLAR. BİZ MÜŞTƏRİLƏRİMİZİN FİKİRLƏRİNİ BİLMƏYƏ HƏR ZAMAN ŞADIQ.

    (99412) 310 0 888
    (99477) 407 0 727

    Mail: support@pay2net.co